Azərbaycanlı futbolçu Ukraynada 2 qol vurdu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı futbolçu Ukraynada 2 qol vurdu

İdman

01 Mart 2021 09:52 694


Ukrayna Premyer Liqasında 16-cı turun oyunları keçirilib.

Yenisabah.az xəbər verir ki, azərbaycanlı hücumçular - Anatoli Nuriyevlə Rüstəm Əhmədzadənin çıxış etdiyi “Minay" bu turda komanda doğma meydanda Donetsk “Olimpik”i ilə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.

Azərbaycanlı futbolçular da bu görüşün iştirakçısı olublar. A. Nuriyev start heyətində meydana çıxıb və komandasının hər iki qolunun müəllifi olub Kapitan 13 və 45+1-ci dəqiqələrdə penaltidən fərqlənib. Ancaq o, 18 və 85-ci dəqiqədə sarı vərəqələr alaraq meydandan qovulub. Rüstəm isə 68-ci dəqiqədə meydana daxil olub və  90+2-ci dəqiqədə əvəzlənib. Marqarita pizza

“Minay” 16 turdan sonra 13 xalla 14 komanda arasında 12-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, AFFA  Anatoli Nuriyev və Rüstəm Əhmədzadənin  milliləşdirilməsi məqsədi ilə danışıqlara başlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!