Ukrayna Premyer Liqasında 16-cı turun oyunları keçirilir.
Yenisabah.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Emil Mustafayevin çıxış etdiyi “Oleksandriya” öz meydanında lider "Dnepr-1"lə qarşılaşıb. Oyun 2:2 hesabı ilə başa çatıb.
Mustafayev start heyətdə meydana çıxıb və sona qədər oynayıb. Komandasının hər iki qolunu U-21 millimizin sabiq üzvü vurub. O, 31 və 88-ci dəqiqələrdə rəqib qapısına yol tapıb və komandasını məğlubiyyətdən xilas edib. pizza hut
Qeyd edək ki, Mustafayev son turda "Metallist"lə keçirilən görüşdə (3:3) 2 qol ötürməsi etmişdi.
Bu nəticədən sonra “Oleksandriya” hazırda 26 xalla 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.
Telegram kanalımız