Azərbaycanlı futbolçu Ukraynanın Olimpiya millisinə dəvət edildi 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı futbolçu Ukraynanın Olimpiya millisinə dəvət edildi 

İdman

07 Mart 2024 17:11 954


"Zirə”nin futbolçusu Eldar Quliyev Ukraynanın Olimpiya millisinə çağırılıb. 

Yenisabah.az Ukrayna Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçinin adı Macarıstanda (17-25 mart) təlim-məşq toplanışı və Yaponiya ilə yoldaşlıq oyunu üçün baş məşqçi Ruslan Rotanın heyətində yer alıb. 

"Sabah"ın keçmiş futbolçusu Aleksey Kaşuk da milliyə dəvət olunub.  pizza

Qeyd edək ki, Ukraynanın U-21 yığması Avro-2023-də yarımfinala yüksələrək tarixində ilk dəfə Parisdə keçiriləcək Olimpiya Oyunlarında iştirak hüququ əldə edib. 

Xatırladaq ki, 2024-cü il Olimpiya Oyunlarının futbol turnirlərinin püşkatma mərasimi martın 20-də Parisdə olacaq. Turnir iyulun 24-dən avqustun 9-dək Fransanın  Paris, Marsel, Lion, Bordo, Sent-Etyen, Nitsa və Nant şəhərlərində təşkil olunacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!