Azərbaycanlı futbolçuya Portuqaliya nəhəngindən təklif gəldi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı futbolçuya Portuqaliya nəhəngindən təklif gəldi

İdman

04 Yanvar 2021 19:48 1541


“Zirə”nin futbolçusu Cəlal Hüseynov Portuqaliyanın ən məşhur klublarından olan “Benfika”nın maraq dairəsinə düşüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Oxu.Az-a klubun mətbuat xidmətindən məlumat verilib.

İki gün əvvəl 18 yaşını tamamlamış müdafiəçi üçün Bakı klubuna rəsmi məktub gəlib. Futbolçu baxışa dəvət olunub. Lakin yeniyetmə futbolçunun Portuqaliyanın paytaxtı Lissabona nə vaxt gedəcəyi hələ bəlli deyil. Hər şey Fransa səfirliyində Şengen vizasının açılmasından asılıdır. Dördpendirli pizza

Qeyd edək ki, Cəlal Hüseynov 2019-cu ilin yayında əsas komandaya götürülüb. Lakin onun debütü cari mövsümə təsadüf edib. O, Azərbaycan Premyer Liqasının VII turu çərçivəsində “Qarabağ”la oyunda debüt etməklə “Zirə”nin heyətində ilk matçını keçirmiş ən gənc futbolçu adına sahib çıxıb. Cəlal onda 17 yaş, 9 ay və 23 günlükdə olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!