Türkiyədə yaşayan azərbaycanlı bədbəxt hadisə nəticəsində vəfat edib.
“Yeni Sabah” APA-ya istinadən xəbər verir ki, 27 yaşlı Emin Orucovun yaşadığı mənzildə vəziyyəti pisləşib.
Yardıma gələn üç nəfər onu birinci mərtəbəyə düşürərkən Emin Orucovun başı pilləkənin kənarına dəyib. Başından ağır xəsarət alan Emin Orucov xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. Dördpendirli pizza
Səhlənkarlıqdan Emin Orucovun ölümünə səbəb olmaqda təqsirləndirilən şəxslər həbs olunublar.
Telegram kanalımız