Bu gün İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatına start verilib.
“Yeni Sabah” xəbər verir ki, ilk yarış günündə 55, 63, 77, 87 və 130 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparır.
Təsnifat mərhələsində 77 kq çəkidə mübarizə aparan idmançımız Sənan Süleymanov debüt qarşılaşmasında Bolqarıstanı təmsil edən erməni güləşçi Aik Mnatsakanyana 5:3 hesabı ilə qalib gəlib. Süleymanov 1/8 finalda italıyalı Matteo Maffezzoli ilə qarşılaşacaq. Toyuqlu pizza
Digər güləşçimiz Sabah Şəriəti (130 kq ) startda Ermənistan təmsilçisiylə üz-üzə gəlib. O, prinsipial qarşılaşmada David Ovasapyana 3:0 qalib gəlib.
Telegram kanalımız