"Onlara qarşı kinim, nifrətim var. Başqa yarış olsaydı, keçməzdim və mən də onu vurardım, amma qələbə qazanmaqla rəqibin cavabını verdim".
Yenisabah.az "Report"a istinadla xəbər verir ki, bunu Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatının yarımfinal görüşündə Ermənistan təmsilçisi Hraçya Poqosyanla arasında baş vermiş insidentə münasibət bildirərkən deyib.
63 kq çəki dərəcəsində çıxış edən idmançı həmin rəqibinə ötənilki Avropa çempionatında da qalib gəldiyini xatırladıb: "Bəlkə də onun hirsi idi. Poqosyan bu dəfə də məğlubiyyətə dözmədi və idmançıya yaraşmayan hərəkətlər etməyə başladı. Uduzduğu üçün məni özümdən çıxarmaq və ona əl-qol atmağımı istəyirdi. Belə olan halda ikimizi də yarışdan kənarlaşdıra bilərdilər. Mən isə finalın bir addımlığında belə səhv etməzdim. Yarışdan sonra üz-üzə gələndə başını aşağı salıb getdi və söz deməyimə ehtiyac belə qalmadı". Pepperoni pizza
Telegram kanalımız