Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA-dan mühüm təyinat alıb.
Yenisabah.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinin oyununu idarə edəcək.
Ağayev 6-cı turda “Kopenhagen” (Danimarka) – “Borussiya” (Dortmund, Almaniya) oyununun baş hakimi olacaq. Ona yan xətt hakimləri qismində Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Noyabrın 3-də Danimarkada keçiriləcək sözügedən matç Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. pizza sifarişi
Əlavə edək ki, futbol tariximizdə ilk dəfədir ki, Azərbaycanı təmsil edən hakim ÇL-in qrup mərhələsinin oyununa təyinat alır.
Xatırladaq ki, hazırda "Borussiya" qrupda 8 xalla 2-ci, "Kopenhagen" isə 2 xalla sonuncu - 4-cü yeri tutur.
Telegram kanalımız