Azərbaycanlı hakim Konfrans Liqasında 8 sarı vərəqə göstərdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı hakim Konfrans Liqasında 8 sarı vərəqə göstərdi

İdman

23 İyul 2021 13:40 995


Azərbaycanlı FİFA referisi Rauf Cabbarov Konfrans Liqasının oyununu idarə edib.

Yenisabah.az xəbər verir ki, onun rəhbərlik etdiyi hakimlər briqadası 2-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçirilən  "Teuta" (Albaniya) - "İnter" (Andorra) matçında iştirak ediblər.

Oyun Andorra təmsilçisinin qələbəsi ilə başa çatıb - 2:0. Cabbarov bu oyunda 8 futbolçunu sarı vərəqə ilə cəzalandırıb. O, hər komandadan 4 oyunçuya rəsmi xəbərdarlıq edib. pizza hut

Rauf Cabbarova yan xətdə Namiq Hüseynov və Cavanşir Yusifov kömək edib. Dördüncü hakim funksiyasını isə Rəşad Əhmədov yerinə yetirib.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!