Azərbaycanın FIFA referisi Rauf Cabbarov UEFA-dan təyinat alıb.
AFFA-dan Yenisabah.az-a verilən məlumata görə, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Ukrayna-Şimali İrlandiya qarşılaşmasında iş başında olacaq.
Cabbarova Elşad Abdullayev və Pərvin Talıbov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. pizza mizza
Qeyd edək ki, qarşılaşma noyabrın 17-də keçiriləcək.
Telegram kanalımız