Azərbaycanlı hakim Avropa çempionatında 1/4 final oyununu idarə edəcək

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı hakim Avropa çempionatında 1/4 final oyununu idarə edəcək

İdman

26 May 2023 14:53 870


Azərbaycanın FIFA referisi Elçin Məsiyev 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında keçirilən Avropa çempionatının əsas mərhələsində daha bir oyuna təyinat alıb. 

Yenisabah.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 1/4 final mərhələsinin Polşa - Serbiya matçını idarə edəcək. 

Məsiyevə Elşad Abdullayev və slovakiyalı yan xətt hakimi Peter Bednar köməklik göstərəcək. Macarıstanda təşkil olunan turnirin bu görüş mayın 27-də keçiriləcək.  pizza mizza

Qeyd edək ki, Elçin Məsiyev daha əvvəl Şotlandiya - Fransa və Sloveniya - İtaliya matçını da idarə edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!