Azərbaycanlı hakimin səhvini VAR düzəltdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı hakimin səhvini VAR düzəltdi

İdman

06 Noyabr 2024 11:50 901


Azərbaycanlı FIFA referisi Əliyar Ağayev Çempionlar Liqasında daha bir oyunu idarə edib.

Yenisabah.az xəbər verir ki, o, Liqa mərhələsinin 4-cü turunda “Bolonya” (İtaliya) – “Monako” (Fransa) oyununun baş hakimi olub.

Ağayev matçın 19-cu dəqiqəsində "Monako"nun qayda pozuntusundan sonra vurduğu qolu qeydə alıb. Ancaq epizoda təkrar baxıldıqdan sonra VAR qolu ləğv edib. Dominos pizza

Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək ediblər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirib. Matçın VAR hakimləri Almaniyadan Paskal Müller və Kristian Dingert olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!