Azərbaycanlı hakim Yunanıstanda 7 sarı vərəqə göstərdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı hakim Yunanıstanda 7 sarı vərəqə göstərdi

İdman

05 Aprel 2021 14:01 695


Azərbaycanın FİFA referisi Əliyar Ağayev Yunanıstan Superliqasının çempionluq qrupunun oyununu idarə edib. 

Yenisabah.az xəbər verir ki, o, 2-ci turda “Panatinaikos” - PAOK matçında baş hakim olub. Ağayevə yan xətt hakimləri qismində Zeynal Zeynalov və Akif Əmirəli yardımçı olub. Görüş Afinadakı "Apostolos Nikolaidis" stadionunda keçirilib. Oyun meydan sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşıb - 3:0. Ağayev ev sahiblərinin 3, qonaqların 4 futbolçusuna sarı vərəqə göstərib.

Bu nəticədən sonra "Panatinaikos" 49 xalla 4-cü, PAOK 50 xalla 3-cüdür. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!