Azərbaycanlı hərbi qulluqçu çətin durumda – Həyat yoldaşı danışdı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı hərbi qulluqçu çətin durumda – Həyat yoldaşı danışdı - Foto

Sosial

31 Oktyabr 2019 10:13 1290


18 il hərbi qulluqçu (kapitan) olan Quliyev Məhəmməd Arif oğlu çətin vəziyyətdədir. 

Bu barədə onun həyat yoldaşı “Yeni Sabah”a danışarkən bildirib. Onun sözlərinə görə, Q.Məhəmməd 2008-ci ildə hərbi hissədə dişindən hepatit C-yə yoluxub:

“Buna görə Mərkəzi Hərbi Klinik Hospitalda müalicə alsa da, həkim səhlənkarlığına görə, şəkər komasına düşdü. Şəkəri ölçülmədən müalicə başladılıb və gün ərzində çox güclü iynələr istifadə olunduğu üçün komaya düşüb. Bununla əlaqədar olaraq, ağır vəziyyətə düşdü və yaddaşını itirdi. Tədricən arıqlamağa başladı, 110 kiloqram idi, hazıra isə 30 kiloqramdır.  pizza

Artıq 4 ildir ki, yataq xəstəsidir. 2013-cü ildə xəstə olduğu üçün ehtiyyata buraxılıb. Öz imkanlarımız çərçivəsində Bakı Sağlamlıq Mərkəzində, 4 nömrəli Xəstəxanada müalicə alıb və bir neçə gün öncə “Semoşka”dan (1 saylı Kliniki Tibbi Mərkəz – Red.) çıxartmışıq. Həkimlərin əksəriyyəti isə çarəsinin olmadığını, artıq onda diareya xəstəliyi əmələ gəlib və sinir damarlarının quruduğunu qeyd edirlər. Evimiz ipotekadır, hərbi qulluqda olduğu zaman "PAŞA Sığorta"ya sığorta olunmuşdu. Sığorata da pulumuzu ödəmədi. 

Dövlətimizdən, xalqımızdan kömək istəyirəm”.

Hesab nömrəsi:



Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!