“Azərbaycan nümayəndə heyəti Ermənistanda keçiriləcək ağır atletika üzrə Avropa çempionatında iştirak etmək üçün artıq İrəvandadır. Azərbaycan nümayəndə heyətinə 12 nəfər cəlb olunub”.
Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, sözləri Ermənistan Baş nazir Aparatının rəhbəri, ağır atletika üzrə İrəvan Avropa çempionatının təşkilat komitəsinin sədri Arayik Arutyunyan deyib.
O vurğulayıb ki, çempionata ev sahibliyi edən ölkə həmin idmançıları qəbul etməyə borcludur. pizza
“Azərbaycan millisi ilə yazılı şəkildə danışdıq, idmançıların və komandanın təhlükəsizlik şəraiti dəqiqləşdirildi. Azərbaycanın ümumilikdə 12 nəfərdən ibarət nümayəndə heyəti artıq İrəvandadır. Əminəm ki, bu çempionatın mahiyyətində siyasi yox, idman komponenti olacaq. Biz bütün idmançıların təhlükəsizliyini təmin edəcəyik”, - deyə Arutyunyan bildirib.
Telegram kanalımız