Azərbaycanlı iş adamı Ukraynada itkin düşdü 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı iş adamı Ukraynada itkin düşdü 

Hadisə

27 Fevral 2021 12:53 700


Ukraynanın Luqansk vilayətinin separatçıların nəzarətində olan Krasnıylunç rayonunda yaşayan azərbaycanlı iş adamı,1971-ci il təvəllüdlü Kərimov Kərəm Eyvaz oğlu itkin düşüb.

Yenisabah.az xəbər verir ki, "Report"un məlumatına görə, K.Kərimov Kiyevə getmək istəyərkən Ukraynanın nəzarətində olan ərazidə yoxa çıxıb.

Belə ki, Luqanskın Ukrayna nəzarətində olan hissəsinə keçdikdən sonra azərbaycanlı iş adamı ilə yaxınlarının əlaqəsi kəsilib. Artıq bir həftədir ondan xəbər yoxdur. Sezar pizza

K.Kərimov Krasnıylunç ətrafında kənd təsərrüfatı biznesi ilə məşğul olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!