Azərbaycanlı məmur xaricdə səfərdə olan zaman vəfat etdi -   FOTO

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı məmur xaricdə səfərdə olan zaman vəfat etdi - FOTO

Hadisə

26 Yanvar 2026 14:22 1407


Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Orxan Məhərrəmov xaricdə səfərdə olan zaman vəfat edib.

“Yeni Sabah” xəbər verir ki, o, bir müddət əvvəl Kambocaya təlimə gedib. 

Təlim zamanı ANAMA əməkdaşının halı pisləşib. Ona yardım üçün iynə vurulub. O.Məhərrəmov iynənin təsirindən komaya düşüb. pizza sifarişi

Həkimlərin səylərinə və göstərilən tibbi yardıma baxmayaraq, O.Məhərrəmov komadan ayılmayıb. 

Mərhumun cənazəsi Azərbaycana gətiriləcək. 

ANAMA da hadisə ilə bağlı məlumat yayıb. Məlumatda deyilir: 

“Kamboca Krallığında keçirilən humanitar minatəmizləmə fəaliyyətinə dair beynəlxalq təlimlərdə iştirak edən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) minaaxtaran it bələdçilərindən biri Orxan Məhərrəmov səhhətində yaranan kəskin problemlə əlaqədar 14 yanvar tarixində həmin ölkədə xəstəxanaya yerləşdirilib.

O, 18 yanvar tarixində Malayziyadakı ixtisaslaşmış xəstəxanaya təxliyə edilib. Həkimlərin səylərinə baxmayaraq əməkdaşın həyatını xilas etmək mümkün olmayıb və 25 yanvar tarixində vəfat edib. Məsələ ilə bağlı bir neçə gün öncə Malayziyaya ezam olunan ANAMA əməkdaşları Orxan Məhərrəmovun nəşinin ölkəmizə gətirilməsi üçün Malayziyadakı səfirliyimizin dəstəyi və sözügedən təlimlərin təşkilatçıları ilə koordinasiya etməklə müvafiq tədbirlər həyata keçirirlər”.

Qeyd edək ki, Orxan Məhərrəmov 2004-cü ildə anadan olub. 

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!