Azərbaycanlı məşhurları belə aldadıblar   - Ağlasığmaz üsul

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı məşhurları belə aldadıblar - Ağlasığmaz üsul

Şou

17 İyun 2021 15:06 1094


Bir sıra azərbaycanlı məşhurların rəsmi "Facebook” hesabları oğurlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə texnologiya üzrə ekspert Fərid Pərdəşünas məlumat verib.

Onun sözlərinə görə, Miri Yusif və SevdaYəhyayeva da daxil olmaqla, tanınmışların hesabları Kamboca, Tayland və digər cənubi şərqi Asiyadan olan dələduzlar tərəfindən fişinq metodu ilə ələ keçirilib: "Metod çox professional şəkildə həyata keçirilir. Onlar bir vasitəçi şirkət adından, "Nike”, "Gucci” və.s kimi böyük brendlərin reklamını yerləşdirmək adı ilə yazırlar və 1 günlük reklam üçün böyük mükafatlar təqdim edirlər. Daha sonra "Facebook Business” menecer vasitəsilə səhifənizdə reklam yerləşdirmək üçün sizə sorğu göndərirlər. Bu rəsmi olaraq "Facebook” tərəfindən göndərilən sorğudur. Bunu qəbul etdiyiniz halda, artıq səhifəniz sizdən uzaqlaşır”. pizza hut

F.Pərdəşünas qeyd edib ki, səhifələrin bərpası çətindir və zaman alır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!