Azərbaycanlı məşqçi “Ayntraxt“da

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı məşqçi “Ayntraxt“da

İdman

07 Aprel 2022 13:23 471


Azərbaycanlı futbol məşqçisi Etibar İbrahimov Almaniyanın “Ayntraxt” (Frankfurt) klubu ilə anlaşıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə “Kəpəz”in mətbuat katibi Azad Mustafayev  özünün "Feysbuk" hesabında yazıb.

44 yaşlı mütəxəssis Frankfurt təmsilçisinin Çindəki akademiyasında çalışacaq. İbrahimovla 1+2 illik müqavilə imzalanacaq. O, viza ilə bağlı məsələni həll etdikdən sonra sözləşməni rəsmiləşdirmək üçün Almaniyaya, oradan isə Çinə yollanacaq. Məşqçinin təyinatında "Ayntraxt"ın beynəlxalq əlaqələr üzrə idman direktoru Nikolay Adamın da rolu olub. Almaniyalı mütəxəssis 17 və 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisində və Hindistan yığmasında birgə çalışdığı İbrahimovu klub rəhbərliyinə məsləhət görüb.  pizza mizza

Xatırladaq ki, Etibar İbrahimov 2018/2019 mövsümündə “Kəpəz”in baş məşqçisi olub. O, daha əvvəl "Ayntraxt"da ixtisasartırma kurslarında da iştirak edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!