Azərbaycanlı məşqçi İran klubu ilə anlaşdı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı məşqçi İran klubu ilə anlaşdı

İdman

20 Dekabr 2020 14:08 1002


Keşlə”nin koordinatoru Ramiz Məmmədovla maraqlanan İran klubunun adı müəyyənləşib.

Yenisabah.az xəbər verir ki, apasport.az-ın əldə etdiyi məlumata görə, 52 yaşlı mütəxəssis yüksək liqa təmsilçisi “Saypa” ilə danışıq aparır.

Tərəflər arasında hətta ilkin razılıq da əldə olunub. Hələ ötən il “Saypa”nın prezidenti Reza Darviş Bakıya gələrək, Məmmədovla görüşüb. pizza mizza

Ancaq komandanın ardıcıl qələbələr qazanması baş məşqçinin postunda qalmasına səbəb olub. Ardından gücləndirilmiş karantin səbəbindən beynəlxalq uçuşların dayandırılması baş məşqçi dəyişikliyini yubadıb.

Yenidən bu məsələ gündəmə gəlib. Tərəflər əvvəlki şərtlərlə razılıq əldə ediblər. Ramiz Məmmədov hətta köməkçilərini də müəyyənləşdirib.

O, İrana gedəcəyi təqdirdə Mehman Baxışov, Kənan Kərimov və Elxan Abdullayevi də özü ilə aparacaq. Hətta gürcüstanlı Badri Kvaratsxeliyanın da məşqçi korpusuna cəlb olunması istisna deyil.

“Saypa” İran çempionatında 7 turdan sonra 8 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!