Azərbaycanlı milyarderin başı dərddə: Şirkət vəzifəlisi həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı milyarderin başı dərddə: Şirkət vəzifəlisi həbs olundu

İqtisadiyyat

05 Aprel 2024 08:14 4917


Moskva vilayətinin Basmann məhkəməsi Azərbaycan əsilli milyarder Vahid Ələkbərovun “Lukoyl” şirkətinin struktur bölmələrindən birinin rəhbəri Aleksey Stepanovun həbsinə qərar verib.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, o, korrupsiya cinayətlərində təqsirləndirilir. Məhkəmə onun barəsində iyunun 2-dək həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatəti təmin edib.

Stepanov rüşvət vermək, həmçinin kommersiya, vergi və ya bank sirrini təşkil edən məlumatların qanunsuz əldə edilməsi və açıqlanması ilə ittiham olunur. O, “Lukoyl”un gömrük orqanları ilə iş şöbəsinə rəhbərlik edib.  Marqarita pizza

Məhkəmə həmçinin Stepanovun ittiham olunduğu iş üzrə təqsirləndirilən, Rusiya Federal Gömrük Xidmətinin Mərkəzi Enerji Gömrüyünün iki əməkdaşının barəsində 2 aylıq ev dustaqlığına dair qərar qəbul edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!