Azərbaycanlı müəllim Tehranda həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı müəllim Tehranda həbs edildi

Maraqlı

15 Mart 2023 12:39 804


Əslən Güney Azərbaycanın Muğan bölgəsindən olan ictimai fəal, müəllim Zeynəb Həmrəng Seyidbəyli Tehranda İranın təhlükəsizlik qüvvələrinin məmurları tərəfindən həbs edilib. 

Modern.az “GünAzTV”yə istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.

Zeynəb Həmrəng Seyidbəylinin saxlanıldığı yer, həbsinin səbəbləri barədə məlumat əldə etmək mümkün olmayıb. pizza hut

Bildirilib ki, o, müəllimlərin hüquqlarını müdafiə edən təşkilatın fəal üzvlərindən biridir. Zeynəb Həmrəng Seyidbəyli təhsil işçilərinin hüquqlarının qorunması tələbilə etiraz aksiyalarında iştirak etdiyi üçün əvvəllər də polis və təhlükəsizlik qurumları tərəfindən saxlanılıb.

Qeyd olunub ki, Güney azərbaycanlı ictimai fəal müəllim 2020-ci il sentyabrın 5-də Qərbi Azərbaycan əyalətinin Xoy şəhərinə səfəri zamanı təhlükəsizlik məmurları tərəfindən həbs edilmişdi. O, “ölkənin təhlükəsizliyinə qarşı aksiyalar təşkil etməkdə” ittiham olunaraq 5 il, “hökumətə qarşı təbliğat aparmaq” ittihamı ilə isə 1 il həbs cəzasına məhkum olunmuşdu. Zeynəb Həmrəng Seyidbəyli 2022-ci il oktyabrın sonlarında şərti azadlığa buraxılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!