Azərbaycanlı müğənni təyyarədə stüardessa ilə...  

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı müğənni təyyarədə stüardessa ilə...  

Şou

19 İyun 2019 05:52 1570


“Evlilik vaxtı xəyanət etmisən?”. “Yeni Sabah” xəbər verir ki, bu sualla "Hər şey daxil" verilişində aparıcı Tarix Əliyev (Tolik) müğənni Rəvan Qarayevə müraciət edib.

İki evliliyi uğursuz alınan müğənni Tolikin sualına "Bəli, etmişəm" cavabı ilə təəccübləndirib. Efirdə Tolik Rəvanın xəyanətinin şəxsən şahidi olduğunu bildirib:

"O deyə bilməzdi axı "yox". Mənimlə bir yerdə Novosibirskidə toyda olub. Bir ofisiant qız var idi, gördüm buna yaman qulluq edir. Gecəylə də qayıtmalıyıq ha, sabah da toy var. Toy qurtardı, hava limanına gəlmişəm. Görürəm bıy..., həmin qız bununla gəlib aeroporta. Deyirəm bunu da aparırsan? dedi "Neyləyim, ağlayır. Deyir məni də özünlə apar"". pizza sifarişi

Müğənni aparıcının sözlərini "Xarici pasportunu cibinə qoyub gəlmişdi" cümləsi ilə təsdiqləyib.Verilişin digər qonağı Nazəninin Rəvanın xəyanəti ilə bağlı dedikləri isə hər kəsdə şok effekti yaradıb:

 "Sən mənimlə Moskvaya gedəndə stüardessadan danış. Bu, göydə də rahat dayanmadı".

Rəvan xanım həmakrının bu açıqlaması qarşısında nə deyəcəyini bilməyib.

Milli.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!