Azərbaycanlı müğənni türkiyəli məşhurlarla bir sırada

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı müğənni türkiyəli məşhurlarla bir sırada

Şou

21 Yanvar 2021 14:28 727


Gənc azərbaycanlı ifaçı Nahidə Babaşlı Türkiyənin populyar müğənnilərilə yanaşı, nüfuzlu “PowerTürk Müzik” mükafatına namizəddir.

Yenisabah.az xəbər verir ki, bu barədə musiqiçi özü “Sputnik Azərbaycan”a məlumat verib.

“PowerTürk Müzik”ə builki namizədlər arasında Murad Boz, Kənan Doğulu, Alyona Tilki, Sinan Akçil, Sərtab Ərənər, Hande Yenər kimi ulduz isimlər var. N.Babaşlı “Gənc ifaçılar arasında ilin uğuru” nominasiyasında qalib ola bilər. Hazırda ifaçı Bakı ali məktəblərinin birində təhsil alır. Təhsildən əlavə o, gitarada ifa edir və mahnı oxuyur. pizza

Qeyd edək ki, musiqiçi müxtəlif dillərdə və janrlarda mahnılar ifa edir. O, qardaş ölkə televiziyasında efirə gedən bir çox verilişlərə qatılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!