"Şou ATV"də qonaq olan müğənni Vüsal Əliyev qarşılaşdığı maraqlı hadisədən danışıb.
Yenisabah.az xəbər verir ki, müğənni bir dəfə bir həkimin ona zəng edərək xəstəxanaya gəlməyini istəyib. İfaçı komaya düşən qadını ayıltmaq üçün səsindən istifadə edildiyini deyib:
"Həkim dedi filan xəstəxanaya gələ bilərsən? Dedim, “hə”. Getdim dedi ki, burada belə bir hadisə oldu. Bir qadın həyat yoldaşı ilə dalaşıb. Ailə zəmnində çox əsəb-stressdən komaya düşüb, ayılmır. Anası həkimə deyir ki, siz belə edin də - Palataya bir maqnitafon, bir də Vüsalın diskini qoyun. O, yəqin ki, onda ayılacaq. O qadın həqiqətən də elə ayılıb". Dördpendirli pizza

Telegram kanalımız