Azərbaycanlı müğənnini İstanbulda vəhşicəsinə döydülər - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı müğənnini İstanbulda vəhşicəsinə döydülər - FOTO

Kriminal

11 Oktyabr 2022 15:56 4429


Azərbaycanlı müğənni Nərgiz Bağıyeva İstanbulda taksi sürücüsü tərəfindən döyülüb.

“Yeni Sabah” APA-ya istinadən xəbər verir ki, hadisə Beyoğlunda qeydə alınıb.

İnsident Nərgiz Bağıyeva işdən evə qayıdarkən baş verib. Belə ki, taksi sürücüsü müğənninin avtomobilini ötmək istəyib. Nəticədə onun idarə etdiyi avtomobil azərbaycanlı müğənninin maşınına çırpılıb. Dominos pizza

Nərgiz Bağıyeva taksini saxlatmağa çalışıb, daha sonra isə sürücünün hücumuna məruz qalıb. Taksi sürücüsü Nərgiz Bağıyevanın başını yolun kənarındakı metal baryerə vurub. Ağır kəllə-beyin travması alan müğənninin burnu qırılıb.

Nərgiz Bağıyeva hadisə ilə bağlı polisə müraciət edib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!