Azərbaycanlı mühacirlərin həyatı ekranlaşdırılacaq

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı mühacirlərin həyatı ekranlaşdırılacaq

Siyasət

11 Mart 2020 13:12 505


Diasporla İş üzrə Dövlət Komitəsi azərbaycanlı mühacirlərin fəaliyyətindən bəhs edən yeni layihəyə başlayıb. 

Yenisabah.az xəbər verir ki, layihə çərçivəsində ötən əsrin əvvəllərindən etibarən dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı mühacirlərin həyat və fəaliyyətini əks etdirən qısa videolar hazırlanaraq təqdim olunacaq.

Layihəyə Türkiyədə yaşayan mühacirlərin həyat hekayələrinin təqdim olunması ilə start verilib. Videoların mətni mühacirlərlə bağlı araşdırmaların müəllifi, “Çapar” tarix jurnalının baş redaktoru, İstanbul Universitetinin doktorantı Dilqəm Əhmədə məxsusdur. pizza hut

Qeyd edək ki, mühacirlərin həyatı Azərbaycan diaspor tarixinin öyrənilməsi üçün ciddi əhəmiyyətə malikdir. Mühacirlərin arasında siyasətçilər, ədəbiyyatçılar, hüquqşünaslar, şairlər və digər sahələrdə uğur qazanmış şəxslər olub. Onlar yaşadıqları ölkələrdə həm Azərbaycanın istiqlal mübarizəsini aparıb, həm də öz sahələri üzrə mühüm işlər görüblər.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!