Azərbaycanlı oğru: “Saqqalı ona görə saxlayıram ki, məndən şübhələnməsinlər”

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı oğru: “Saqqalı ona görə saxlayıram ki, məndən şübhələnməsinlər”

Kriminal

22 Oktyabr 2021 17:04 1275


“Saqqalı ona görə saxlayıram ki, məndən şübhələnməsinlər”. 

Yenisabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi, polis mayoru, Elşad Hacıyev lent.az-a bildirib ki, bu sözləri, Astarada oğurluq etdiyi üçün saxlanılan Bəhruz Səmədov deyib:

“Saqqalı ona görə saxlayıram ki, məndən şübhələnməsinlər, rahat oğurluq edə bilim. Ən böyük qorxum polis idi. Bilirdim ki, izləyirlər məni. Nəhayət faktla tutdular. Əməlimdən peşimanam”. pizza hut

Polis mayorunun sözlərinə görə, bu sözləri deyən Astara rayonunda fermadan ümumi dəyəri 3800 manat olan texniki avadanlıqları oğurlamaqda şübhəli bilinən Bəhruz Səmədov tutularaq istintaqa cəlb edilib.

Qeyd edək ki, ötən gün saxlanılan daha bir saqqallı Fəqan Məmmədovdur. O, isə Astarada azyaşlı qızın pullarını soyğunçuluqla əlindən alıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!