Azərbaycanlı prodüserdən pul oğurlamaq istədilər

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı prodüserdən pul oğurlamaq istədilər

Şou

25 Avqust 2021 11:50 809


Prodüser Təranə Səmədovanın başına iş gəlib.

Yenisabah.az xəbər verir ki, bu haqda Axşam.az-a açıqlama verən prodüser bildirib ki, bank kartından pul oğurlamaq istəyiblər:

"Evimdəki pianonu satmaq üçün internetdə səhifələrdən birinə yerləşdirdim. Məryəm adlı bir xanım zəng etdi ki, pul göndərəcəm, sabah pianonu götürərəm. Qazaxıstandan zəng gəldi, özünü Məryəm xanımın köməkçisi kimi təqdim etdi. Dedi ki, kartınızı atın pulu köçürək. Atdım, ad-soyad dedim. Başladılar ki, arxadakı kodu deyin. Onda başa düşdüm. Dedim ki, məndən pul oğurlamaq alınmadı, məni söyüb "blok" etdi. Sonra mesaj gəldi ki, siz saytdan 50 manat qazanmısınız, əlaqə yaradacağıq. Bir nəfər zəng etdi, kişi qəribə tonda danışır ki, 50 manat qazanmısınız, kart atın köçürək. Bildim ki, eyni adamlardır. Dələduzluqlarını anladığımı görüb, yazdığı mesajı silib məni yenə "blok" etdi". Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!