Azərbaycanlı professorun Kiyevdə oğluna aldığı ev bombalandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı professorun Kiyevdə oğluna aldığı ev bombalandı

Maraqlı

03 Mart 2022 12:00 1483


“Dünən Kiyevdə evimizə yaxın ərazidə partlayış oldu”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Dnepr vilayəti üzrə regional bölməsinin rəhbəri, professor Eldar Tağıyev şəxsi “Facebook” hesabında yazıb.

Onun sözlərinə görə, oğluna aldığı ev bombalanıb: Dominos pizza

“Kiyevə yaxın ən gözəl yer İrpendir. 2 il idi ki, oğluma aldığımız evin tikilib qurtarmasını gözləyirdik. Həmin ev bombalandı. Dünən Kiyevdəki evimizə yaxın ərazilərdə də partlayışlar oldu. Hava həyacanı da ara vermir. Buna baxmayaraq, gecəni evdə keçirdik”.

E.Tağıyev sona qədər mübarizə aparacaqlarını qeyd edib:

“Ukraynanı tərk etmiyəcəm. Ukrayna vətəndaşıyam. 2 oğlum və mən qalmışıq. Yoldaşım müharibədən 1 ay əvvəl Bakıda idi. 2 il idi ki, pandemiya səbəbindən gedə bilmirdi. Yaxşı ki, o və digər oğlum Bakıdadır”.

Nəzrin Vahid 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Магеррам Зульфугарлы
    Əziz tələbə yoldaşım. Allah köməyiniz olsun. Dünyanın bütün vicdanlı insanları sizinlədir. Yaşasın azad, dümokratik Ukrayna!
    4 years ago