Azərbaycanlı qadın 5 il həbs cəzası aldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı qadın 5 il həbs cəzası aldı

Dünya

28 Avqust 2025 13:40 310


Ryazan vilayət məhkəməsi vilayət sakinini Ukrayna hərbi kəşfiyyatı ilə əməkdaşlıq etdiyinə görə ümumi rejimli cəzaçəkmə müəssisəsində 5 il müddətinə azadlıqdan məhrum edib.

Yenisabah.az interfaks-a istinadla xəbər verir ki, bu barədə Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

“Azərbaycan əsilli, Rusiya Federasiyası vətəndaşı, 1970-ci il təvəllüdlü Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq etməkdə təqsirli bilinib”, - deyə idarədən bildirilib. pizza

Kəşfiyyat xidmətinin məlumatına görə, qadın messencerlər vasitəsilə fəal şəkildə Ukrayna kəşfiyyat xidmətinin nümayəndəsi ilə əlaqə yaradıb və “Rusiya Federasiyasının təhlükəsizliyinə qarşı istifadə oluna biləcək kəşfiyyat məlumatlarını əldə etmək üçün məqsədyönlü cəhdlər edib.

FSB-nin Ryazan vilayəti üzrə İdarəsinin İstintaq İdarəsi Rusiya Cinayət Məcəlləsinin 275.1-ci (xarici dövlət, beynəlxalq və ya xarici təşkilatla konfidensial əsaslarla əməkdaşlıq) maddəsi ilə cinayət işini araşdırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!