Azərbaycanlı referi Türkiyə Super Liqasında debüt edib

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı referi Türkiyə Super Liqasında debüt edib

İdman

14 Mart 2023 17:43 936


Azərbaycanlı futbol hakimi İsa Məmmədov qadınlar arasında Türkiyə Super Liqasında debüt edib. 

"Report"un məlumatına görə, gənc referi "Ankara Böyükşehir Belediyesi" - "Trabzonspor" oyununun baş hakimi olub. 

Paytaxt təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatan matçda Azərbaycan millisinin iki üzvü meydana çıxıb. Bunlar Ankara klubundan müdafiəçi Ayşən Əhmədova, qonaq komandadan isə qapıçı Aytac Şərifovadır.  Pepperoni pizza

Qeyd edək ki, İsa Məmmədov hakimliyə 2021-ci ildə Türkiyənin həvəskar liqasında başlayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!