Azərbaycanlı şahmatçıya xarici təşkilatda vəzifə verildi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı şahmatçıya xarici təşkilatda vəzifə verildi

İdman

18 Fevral 2021 15:57 794


Beynəlxalq Şahmat Federasiyasında (FİDE) iki yeni təyinat rəsmiləşib.

Yenisabah.az-ıın məlumatına görə, Azərbaycanın sabiq şahmatçısı İlahə Qədimova qurumda yeni vəzifə alıb.

Həmyerlimiz Yarışlar Komissiyasının katibi təyin edilib. 1992 və 1993-cü illərdə 18 yaşadək qızlar arasında dünya çempionu olan Qədimova 1994-cü ildə qadınlar arasında beynəlxalq qrossmeyster adı alıb. pizza hut

2008-ci ildə aktiv şahmat karyerasını başa vuran Gəncə şahmat məktəbinin yetirməsi son illərdə FİDE-nin Qadın Şahmatı Komissiyasında katib kimi çalışıb. 46 yaşlı funksioner yeni təyinatla digər komissiyaya keçirilib.

Onunla yanaşı, daha bir təyinat gerçəkləşib. Kristel Yaqer Hafsted Qadın Şahmatı Komissiyasında Qədimovanı əvəzləyib. (APA)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!