Azərbaycanlı sərnişinlər Vnukovoda girinc qalıb - Video

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı sərnişinlər Vnukovoda girinc qalıb - Video

Sosial

08 May 2025 14:21 226


Moskvanın Vnukovo hava limanında uçuşlarını gözləyən insanlar yerdə yatmağa məcbur qalıblar.

Yenisabah.az SHOT-a istinadla xəbər verir ki, Moskva (Vnukovo) - Bakı (Heydər Əliyev Beynəlxalq Aeroportu) reysi artıq 6 dəfə təxirə salınıb.

İOnlara yemək kuponu, bəzilərinə isə oteldə yer verilib. Dördpendirli pizza

Xatırladaq ki, Moskva aeraportlarında 4--dən çox reyd təxirə salınıb.

“Azərbaycan Hava Yolları” (AZAL) QSC də buna dair məlumat yayıb. Məlumatda qeyd olunub ki, Bakıdan Moskvaya həyata keçirilməsi planlaşdırılan J2-181 (“Domodedovo” aeroportu) və J2-807 (“Vnukovo” aeroportu) nömrəli reysləri sözügedən marşrutun müəyyən hissələrində məhdudiyyətlərin hələ də tətbiq edilməsi səbəbindən təxirə salınıb.

"AZAL uçuşların təhlükəsizliyini rəhbər tutaraq vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri yeniliklər barədə məlumatlandıracaq. Əlavə suallar yaranarsa, sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər", - deyə aviaşirkət bəyan edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!