Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı

Sosial

07 İyul 2025 14:32 457


Azərbaycanlı tələbə Almaniyada ölü tapılıb.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, birinci kurs tələbəsi Kənan Camal oğlu Səfərov iyulun 5-də Münhendə yaşadığı evdə cansız aşkarlanıb.

Almaniyada yaşayan Azərbaycan vətəndaşı Mirnatiq Mirsultanov deyib ki, Kənan Səfərov 6 aydır Almaniyaya gəlib və həm təhsil alıb, həm də diş həkimi köməkçisi kimi çalışıb. pizza mizza

O, iyulun 5-də işə getmədiyi üçün yaşadığı ünvana adam göndərilib, qapını döysələr də, açan olmayıb, mənzilə pəncərədən daxil olublar və döşəmənin üzərində Kənan Səfərovun meyitini aşkarlayıblar.

Meyitin üzərində hər hansı zorakılıq əlaməti olmayıb.

Onun qida zəhərlənməsindən və ya digər başqa səbəbdən ölümü araşdırılır.

Hüquq-mühafizə orqanlarına məlumat verilib, cənazənin Azərbaycana gətirilməsi istiqamətində iş aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!