Azərbaycanlı tələbə yoldaşı türkiyəli nazir haqda:   “o illər unudulmazdır“

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı tələbə yoldaşı türkiyəli nazir haqda: “o illər unudulmazdır“

Maraqlı

31 Yanvar 2022 14:50 940


Bəkir Bozdağın yenidən Türkiyənin Ədliyyə naziri təyin edilməsi öz ölkəsində olduğu qədər, Azərbaycanda da maraqla qarşılandı. Buna səbəb nazirin tələbə yoldaşları arasında vaxtilə Türkiyədə təhsil alan azərbacanlıların da olmasıdır. Yeni naziri yaxından tanıyan Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi Nəriman Xanəhmədzadə onun səmimi insan, etibarlı dost kimi xarakterizə edib.

Nəriman Xanəhmədzadə Yenisabah.az-a açıqlamasında deyib ki, onların tanışlığı 1994-95-ci illərə təsadüf edir:

“Konya şəhərinin Səlçuk universitetinin Hüquq fakültəsində birlikdə oxumuşuq. Yəni dostluğumuzun tarixi tələbəlik illərinə qədər uzanır. Bəkir bəy çox səmimi adamdır, onun səmimiyyəti ilə dostluğumuz başladı. Çox sadə bir insandır”. Dördpendirli pizza

Nəriman Xanəhmədzadə əlaqələrinin hələ də çox yaxşı olduğunu bildirib:

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın partiyası AKP-nın quruluş illərindən etibarən Bəkir bəy partiyanın gənclik qollarında idi. Bizim tələbə yoldaşlarımızla mehribançılığımız hələ də davam edir. Səlçuk universitetinin Hüquq fakültəsi hər zaman səviyyəli insanlar yetişdirir. Bir çoxu hakim, vəkildir. Bəkir bəy də üzdə olan tələbə yoldaşlarımızdandır.

2016-cı il Türkiyədə FETÖ çevrilişinə cəhd göstərildi. O zaman Milli Məclisdə Bəkir bəyin bir çıxışı oldu. Heç bir halda o çıxışını yarımçıq saxlamadı, cəsarətli şəkildə davam etdi.

Daha sonra 2016-cı ildə İstanbulda bir konfrans keçirildi. Orada Bəkir bəylə çox səmimi görüşümüz oldu. Hətta həmin beynəlxalq hüquq konfransında 144 ölkə arasından ilk olaraq Azərbaycanın Ədliyyə nazirinə söz verildi. Çox qürurverici hiss idi.

İnsanın həyatının ən gözəl illəri tələbəlik illəridir. Bəkir də mənim tələbə yoldaşım olub. O illər unudulmazdır”.

Xanəhmədzadə dostunun Türkiyədə vəzifədə olmasına fürsət kimi baxmır:

“Biz Azərbaycan üçün təhsil almışıq. Türkiyə və Azərbaycanın bizim üçün heç bir fərqi yoxdur. Lakin Türkiyənin Bəkir bəy kimi irəli gedən insanları var. Bizim ölkəmiz üçün də xidmət lazımdır. Azərbaycanın da inkşafına çox ehtiyac var. Bu səbəbdən Azərbaycanda xidmət etmək daha yaxşıdır mənim üçün. Türkiyəyə isə könüllərimiz bağlıdır. Xidmət bütün Türk dünyası üçün olmalıdır”.

Mehri QURBAN


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!