Azərbaycanlı tələbədən nə xəbər var?

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı tələbədən nə xəbər var?

Maraqlı

17 Aprel 2023 15:45 793


İranda itkin düşən azərbaycanlı tələbədən hələ də məlumat yoxdur.

Yenisabah.az Trend-ə istinadla xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

"Hazırda bu məsələ araşdırılır. Son durumla bağlı məlumat yoxdur", - deyə o qeyd edib. Sezar pizza

Xatırladaq ki, Almaniyanın Yena Universitetinin tələbəsi 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərli bu il fevralın 20-də İrana səfər edib. Martın 4-dən bəri isə ondan xəbər almaq mümkün olmayıb. Məlumata aydınlıq gətirilməsi məqsədilə Xarici İşlər Nazirliyi müvafiq olaraq İranın ölkəmizdəki səfirliyinə nota ünvanlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!