Azərbaycanlı tələbənin ölümü ilə bağlı Polşa Baş Prokurorluğuna məktub göndərildi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı tələbənin ölümü ilə bağlı Polşa Baş Prokurorluğuna məktub göndərildi

Kriminal

13 Noyabr 2020 21:59 1482


Bəzi kütləvi informasiya vasitələrində və sosial media səhifələrində Polşada müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşı Müşfiq İsmayılovun ermənilər tərəfindən öldürülərək meyitinin meşədə asılması barədə informasiyalar yayılıb.

Baş Prokurorluqdan Yenisabah.az-a verilən məlumata görə, baş vermiş hadisənin təfərrüatlarının müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Polşa Respublikasının Baş Prokurorluğuna rəsmi məktub göndərilməklə araşdırmanın tam, hərtərəfli və obyektiv aparılması və nəticəsi barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat verilməsi xahiş olunub.

Araşdırmanın yekunu barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!