Azərbaycanlı tələbənin qatili tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı tələbənin qatili tutuldu

Kriminal

21 İyun 2020 15:33 1140


Rusiyanın Volqoqrad şəhərində qətlə yetirilən 17 yaşlı Azərbaycan vətəndaşı Timur Qavrilovun qatili tutulub.

Yenisabah.az Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə ilə bağlı axtarışa verilən 21 yaşlı Vitali Vasilyev Smolensk şəhərində saxlanılıb.

“Qətldə şübhəli bilinən şəxs Smolensk şəhərində saxlanılıb. Volqorqad vilayət İstintaq Komitəsi və polis orqanlarının əməkdaşları Smolenskə göndərilib. Vitali Vasilyevin Volqoqrada gətirilməsi gözlənilir”-deyə hüquq-mühafizə orqanlarının rəsmi açıqlamasında deyilir. Pepperoni pizza

Xatırladaq ki, Timur Qavrilov iyunun 13-də Volqoqradın Voroşilov rayonundakı tələbə yataqxanasına qayıdarkən hücuma məruz qalmışdı. Qatil ona 20 bıçaq zərbəsi vuraraq qətlə yetirmişdi. Timur Qavrilov Volqoqrad Tibb Universitetinin 1-ci kurs tələbəsi idi.  /Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!