Bu gün Azərbaycandan zəvvarların ikinci qrupu Həcc ziyarətinə yola düşür.
Bu barədə Yenisabah.az-a Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib. Bildirilib ki, qrupa 180 zəvvar daxildir.
Qeyd edək ki, Azərbaycanda Həcc ziyarətinə 680 nəfərlik kvota verilib. Zəvvarlar iyun ayının 29-30-u və iyul ayının 1-2-si Həcc ziyarətinə yola düşür, iyulun 19-20-si isə geri dönəcəklər. Pepperoni pizza
Telegram kanalımız