Azərbaycanlılar 5 ayda Türkiyədən 464 mənzil alıb

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlılar 5 ayda Türkiyədən 464 mənzil alıb

İqtisadiyyat

17 İyun 2019 17:12 1050


Azərbayan vətəndaşları bu ilin ilk 5 ayında Türkiyədə 464 mənzil alıblar, keçən ilin eyni dövründə isə alınan mənzil sayı 332 olub. 

“Yeni Sabah” xəbər verir ki, bunu ekspert Natiq Cəfərli deyib. O, bildirib ki, bu ilin may ayında həmvətənlərimiz qardaş ölkədə 90 mənzil, yəni günə 3 mənzil sahibi olublar. 

“Türkiyədə əcnəbilərin aldığı mənzilin ortalama qiyməti 100 min dollar civarındadır, deməli bizimkilər bu lin ilk 5 ayında, təqribən 50 mln. dollarlıq daşınmaz əmlak alıblar. Bu templə getsələr ilin sonunda Türkiyədə mənzilə yatırılmaq üçün ölkədən çıxan pul həcmi, təqribən, 110-120 mln. dollar olacaq.  pizza

Dünyada neftin qiyməti, bu amilə görə də məmləkətdə büdcə xərcləmələri artan kimi ölkədə korrupsiya sxemləri nəticəsində artıq pul kütləsi yaranır. 

Azərbaycanda bərbad investisiya mühiti olduğu üçün əlavə vəsait Türkiyənin, Gürcüstanın daşınmaz əmlakına yatırılır, pul daha cəlbedici və dayanıqlı məkan axtarır. Dolayısı ilə, məmləkətin neft pulunun dadını qonşularımız bizdən az bilmirlər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!