ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar üzrə Milli Agentliyinin (NASA) “Adını Marsa göndər” kampaniyası davam edir.
“Yeni sabah” xəbər verir ki, indiyə qədər kampaniya üçün 205 ölkədən vətəndaşlar qeydiyyatdan keçib. Hazırda Azərbaycan 35.819 nəfərlə 29-cu sıradadır.
Siyahıda qonşu ölkələrdən Türkiyə 2.5 milyon nəfərlə 1-ci, İran 866 min nəfərlə 4-cü, Rusiya isə 83 min nəfərlə 18-ci yerdədir. pizza
Qeyd edək ki, 2020-ci ildə Marsa yola salınacaq kosmik gəmidəki çiplərə adlar yazılacaq. Adı yazılan şəxslərə NASA-nın xüsusi xatirə bileti də təqdim olunacaq.
Elnarə İlham
Telegram kanalımız