Azərbaycanlılar Şuşanı belə azad edib - Ermənistan İstintaq Komitəsindən günbəgün hesabat

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlılar Şuşanı belə azad edib - Ermənistan İstintaq Komitəsindən günbəgün hesabat

Maraqlı

14 Aprel 2023 17:55 2838


Ermənistan İstintaq Komitəsi 44 günlük müharibə çərçivəsində Şuşanın itirilməsi haqqında hesabat təqdim edib. 

Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, sentyabrın 27-si 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsi çərçivəsində erməni ordusunun yüksək çinli zabit heyəti bir sıra qəsəbə və kəndləri itirərək geri çəkilib. 

Hesabatda qeyd olunur ki, erməni tərəfi müharibənin ilk günündən əsas hədəfin Şuşa şəhəri olduğunu bilmirdi. Lakin buna baxmayaraq, müvafiq hesabatda Azərbaycanın oktyabr ayının sonlarında təzyiqi daha da artırdığı qeyd olunub:  Pepperoni pizza

“Ekspertiza da təsdiqləyib ki, 2020-ci ildə oktyabrın 27-də Azərbaycan Ordusunun bölmələri Əsgəran (Xocalı) rayonunun Çanaqçı kəndini ələ keçirməyə nail olublar. Məhz bundan sonra yüksək rütbəli zabit heyətimiz elə həmin gün yazılı sənəddə düşmən bölmələrinin məqsədinin Şuşa şəhərini ələ keçirmək olduğunu anlayıb.

Oktyabrın 29-da saat 06:00 radələrində azərbaycanlılar Sığnaq qəsəbəsini tamamilə nəzarətə götürərək Daşaltı-Şuşa yaşayış məntəqələrinə doğru irəliləməyə nail olub. 

Oktyabrın 30-da yüksək rütbəli zabitlərin döyüş əmri ilə düşmənin cənub istiqamətində irəliləməsinin qarşısını almaq üçün Daşaltıdan 4 kilometr cənubda və 2 kilometr cənub-şərqdə hərbçilərimizə müdafiəyə qalxmaq tapşırılıb. Oktyabrın 31-dən Daşaltı qəsəbəsində güclü müdafiə xətləri quruldu.

Oktyabrın 31-də saat 06:00-dan 07:00-dək müdafiə xəttini qurmazdan əvvəl sözügedən xəttin artıq düşmənin nəzarətinə keçdiyi məlum olub və bu barədə baş komandir yuxarıya məlumat verib. Nəticədə müdafiə xəttinin ön hissəsinin yarıya qədər kiçildiyi, sağ hissənin və onların arxasındakı qoşunların yerləşdirilmədiyi və bu şəraitdə düşmənin həmin hissədən keçməklə Şuşa-Turşsu avtomobil yoluna asanlıqla yaxınlaşa bildiyi bildirilib.

Noyabrın 2-də isə Azərbaycan Ordusu günorta saatlarında sağ cinahdan yan keçərək Şuşa şəhəri ilə Turşsu qəsəbəsi arasındakı boşluqda peyda olub.

Magistral yol hissəsində düşmən dəstələri ilə üz-üzə gəlmək üçün lazımi müdafiə təşkili olmadığından, noyabrın 4-də saat 02:00-dan 04:00-dək düşmən dəstələri Şuşa-Turşsu avtomobil yolunu keçməyə müvəffəq olublar.

Vəziyyəti düzgün dəyərləndirməyən yüksək rütbəli zabit heyətimiz əlavə qüvvə və vəsait əldə etmək üçün lazımi addımlar atmamış, azsaylı nizami ordu birləşmələri ilə Şuşanın müdafiə əməliyyatını təşkil etmiş, bəzi hallarda isə bölmələrdən vaxtında istifadə etməmiş və milis qüvvələrini də döyüşə cəlb etmişdi. Müvafiq addımların atılması nəticəsində Şuşanın müdafiə əməliyyatında nizami ordunun 600-ə yaxın hərbçidən ibarət döyüşə hazır bölmələri, habelə çağırışçı hərbi qulluqçulardan yaradılmış digər birləşmələrdən istifadə oluna bilsə də, buna nail olmaq mümkün olmayıb. 

Noyabrın 5 və 6-da azərbaycanlılar Muxtarkənd istiqamətində Şuşa-Xankəndi yolunun üzərində yerləşən yanacaqdoldurma məntəqəsi yaxınlığından şəhərə tamamilə əks tərəfdən hücuma keçiblər. Gedən qeyri-bərabər döyüş nəticəsində ayın 7-də şəhər ələ keçirilib. 

Qeyd olunan cinayət əməllərini törətdiklərinə görə general-leytenant hərbi rütbəli zabit M.A-ya qarşı Ermənistan Cinayət Məcəlləsinin 18 aprel 2003-cü il tarixdə qəbul edilmiş 375-ci maddəsinin 4-cü hissəsi və 376-cı maddəsinin 3-cü hissəsinə uyğun olaraq maddələri ilə cinayət işi başlanıb, sonuncu barəsində həbs qətimkan tədbiri seçilib. 

İbtidai istintaq başa çatıb, nəzarət edən prokuror ittiham aktını təsdiqləyib və iş mahiyyəti üzrə araşdırılması üçün məhkəməyə göndərilib”, - deyə EİK-in məlumatında deyilir. 

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!