Azərbaycanlılar Türkiyədən necə gətiriləcək? –Rəsmi açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlılar Türkiyədən necə gətiriləcək? –Rəsmi açıqlama

Sosial

15 Mart 2020 09:04 2185


Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Türkiyə Respublikası və Azərbaycan Respublikası vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərləri müvəqqəti olaraq dayandırıldığından Azərbaycana qayıtmaq istəyən şəxslərin geri qaytarılması mexanizmi ilə bağlı 15 mart 2020-ci il tarixdə əlavə məlumat veriləcək. 

“Yeni Sabah” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan məlumat verilib. Bildirilib ki, qeyd olunan şəxslərin Azərbaycana qayıtması üçün çarter reyslər ayrılacaq. Türkiyədən qayıdan şəxslər müayinədən keçiriləcək və zərurət yarandığı halda, 14-28 günlük karantin rejimində saxlanılacaq.

*** Toyuqlu pizza

Azərbaycan və Türkiyə vətəndaşlarının təxliyyəsi üçün uçuşların qrafiki açıqlanıb.

Bu barədə APA-ya Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib. 

Çarter reysləri martın 15-də aşağıdakı qrafik üzrə həyata keçiriləcək:

TK332 ISTGYD - 08:55 Azərbaycan vətəndaşları üçün;

TK333 GYDIST - 13:45 Türkiyə vətəndaşları üçün;

TK334 ISTGYD - 16:00 Azərbaycan vətəndaşları üçün;

TK335 GYDIST - 20:50 Türkiyə vətəndaşları üçün.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!