Azərbaycanlılar Xankəndiyə zəng edir... - Ermənilər   QORXUYA DÜŞDÜ

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlılar Xankəndiyə zəng edir... - Ermənilər QORXUYA DÜŞDÜ

Hadisə

25 İyun 2021 20:14 3560


“Son günlər Qarabağda azərbaycanlılar tərəfindən edilən telefon zəngləri əsas müzakirə mövzusudur. Onlar Xankəndidə yaşayan ermənilərdən mənzillərini almağa hazır olduqlarını deyirlər”.

Yenisabah.az xəbər verir ki, bunu “Şərəfim var” blokunun üzvü Tiqran Abramyan deyib.

O bildirib ki, bu məsələ barədə ilk dəfə həmkarı Nairi Oxikyan xəbər tutub: pizza hut

“Nairi deyirdi ki, Qarabağdakı ermənilər bu zənglərdən narahat olmağa başlayıblar. Azərbaycanlıların bu addımı məqsədlidir. Onlar bununla deyirlər ki, onsuz da Qarabağ bizimdir. Təklif edirik ki, mənzillərini satsınlar. Mən bunu araşdırdım və məlum oldu ki, belə zəngləri sayı son bir həftədə yüzlərlə olub”.

O, baş verənləri təhlil edərək belə qənaətə gəlib ki, tezliklər Ermənistan üçün Qarabağ məsələsi qapanacaq:

“Baş verənlər gözlənilən proseslər idi. Bundan sonra daha geniş miqyasda zəruri imkanlardan istifadə etməyə başlayacaqlar. Bu isə Ermənistanın prosesdən çıxmasının əlamətidir və tezliklə İrəvan üçün Qarabağ səhifəsi bağlanacaq”./Hit.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!