“Azərbaycanlılara qarşı döyüşmək şansımız yoxdur” - Mikaelyan

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycanlılara qarşı döyüşmək şansımız yoxdur” - Mikaelyan

Siyasət

27 Oktyabr 2024 15:17 1209


Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası prosesinin tərəfdarıyam, çünki indiki vəziyyətdə başqa çıxış yolu görmürəm.

Yenisabah.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ukrayna İttifaqı diaspor qurumunun rəhbəri Sasun Mikaelyan erməni mediasına açıqlamasında deyib.

“Mən demarkasiyanın tərəfdarıyam, çünki bu gün bizim azərbaycanlılara qarşı döyüşmək şansımız yoxdur. 20 ildir ki, azərbaycanlılar müasir silah və sursat alırdılar, bizim əvvəlki hakimiyyət isə talançılıqla məşğul olub”, - deyə Mikayelyan bildirib. pizza hut

Mikayelyanın fikrincə, Ermənistanın azad və müstəqil dövlətə çevrilməsi üçün sərhədin demarkasiyası lazımdır.

O iddia edib ki, heç vaxt Qarabağa ümidini itirməyib: “Məsələ beynəlxalq məhkəmələrdə qaldırılıb, diplomatlar Qarabağ ermənilərinin Qarabağa qaytarılması üçün çalışırlar”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!