Azərbaycanlılardan siqaret istəyən erməni: “Onu öldürə bilərdilər, amma...”

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlılardan siqaret istəyən erməni: “Onu öldürə bilərdilər, amma...”

Maraqlı

09 Yanvar 2023 12:05 2523


Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun postlarının birinə yaxınlaşaraq kömək istəyən mülki erməni sakin Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına təhvil verilib. 

Belə ki, o, bir neçə gün öncə Azərbaycan Ordusunun əsgərlərinə yaxınlaşıb, ac olduğunu, üşüdüyünü, siqaret istədiyini bildirib. Azərbaycan əsgərləri ona hər cür şərait yaradıblar, ötən gün isə o, Laçın-Xankəndi yolundakı aksiya ərazisindən Xankəndiyə yola salınıb. 

Bu xəbər bəzi sosial şəbəkə istifadəçilərinin qəzəbinə səbəb olub. Belə ki, onlar erməniyə qarşı bu cür humanistliyi qəbul etmədiklərini bildiriblər. pizza sifarişi

Mövzu ilə bağlı Yenisabah.az-a danışan politoloq Zərdüşt Əlizadə bunun adi insani davranış olduğunu deyib: 

“Baş verənlərə göstərilən reaksiyaları gördükdə yadıma bir sovet lətifəsi düşdü: Partiya təbliğatçısı deyirmiş ki, Vladimir İliç Lenin uşaqları çox sevirdi. O, sürgündə olanda hər səhər üzünü iki ülgüclə qırxırdı. Həmin vaxt kənd uşaqları ətrafına toplaşıb ona baxırdı. Əlbəttə, həmin vaxt Lenin iti ülgüclə onların başını üzə bilərdi, amma uşaqları sevdiyinə görə başlarını üzmürdü. 

İndi baş verənlər də mənə həmin hadisəni xatırladır. Yazıq erməni vətəndaşı azıb gəlib Azərbaycan əsgərlərinin yanına, həmin an onu öldürə bilərdilər, amma öldürmədilər, çünki humanist insanlardırlar. Bu adi insani davranışdır, humanistlik yox. Bir insan gəlib yardım istəyir, bu Amerika vətəndaşı da ola bilər, Çin, yaxud Çili vətəndaşı da ola bilər, milliyətindən asılı olmayaraq insan insana kömək etməlidir. Bu məsələdə böyüdüləsi humanistlik yoxdur. Köməksiz bir adam gəlib yardım istəyib, onu qaytarıblar evinə. Həmin şəxs gəlib Azərbaycanda təşkilat yaratmayıb, təxribat törətməyib, insandır da kömək istəyib”. 

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!