Azərbaycanlıların şəxsi məlumatları oğurlanaraq satışa çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlıların şəxsi məlumatları oğurlanaraq satışa çıxarıldı

Dünya

04 Aprel 2021 09:46 934


“Facebook”un 533 milyon  istifadəçisinin şəxsi məlumatları oğurlanaraq xüsusi haker platformasında satışa çıxarılıb. 

Yenisabah.az xəbər verir ki, şəxsi məlumatları oğurlanan istifadəçilər dünyanın 106 müxtəlif ölkəsindəndir.

Bu ölkələr arasında Azərbaycan da var. Məlumata görə, Azərbaycandan olan 99 472 “Facebook” istifadəçisinin də şəxsi məlumatları oğurlanaraq satışa çıxarılıb. Sezar pizza

Şəxsi məlumatlar arasında istifadəçilərin  bioqrafiyası, doğum tarixi, mobil telefon nömrəsi, e-mail ünvanları və digər məlumatlar  var.

Bundan başqa, ABŞ-dan 32 milyon, Böyük Britaniyadan 11 milyon, Türkiyədən 19 milyon, Hindistandan 6 milyon istifadəçinin məlumatları da oğurlanıb.

Məsələyə münasibət bildirən “Facebook” şirkəti məlumatların 2 il əvvəl  təhlükəsizlik boşluğunun olduğu bir vaxtda oğurlandığını və köhnəldiyini qeyd edib. Lakin mütəxəssislər hələ də bir çox istifadəçinin şəxsi məlumatlarının dəyişmədiyini və bu səbəbdən də oğurlanan məlumatların bir sıra təhlükəsizlik problemlərinə səbəb ola biləcəyini qeyd edirlər. (APA)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!