Azərbaycanlıların Türkiyədə daşınmaz əmlak alışı azaldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlıların Türkiyədə daşınmaz əmlak alışı azaldı

İqtisadiyyat

16 Aprel 2021 01:16 1169


2021-ci ilin yanvar-mart aylarında Azərbaycan vətəndaşları Türkiyədə 251 daşınmaz əmlak obyekti satın alıblar ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 33 obyekt azdır.

Yenisabah.az xəbər verir ki, bu barədə Trend Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanına istinadən məlumat verir.

Məlumata görə, 2021-ci ilin mart ayında Azərbaycan vətəndaşları Türkiyədə 106 daşınmaz əmlak obyekti alıblar ki, bu da 2020-cu ilin martından 11 obyekt çoxdur. Marqarita pizza

2021-ci ilin mart ayında Türkiyədə 111 241 əmlak satılıb ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz çoxdur.

2020-ci ilin sentyabr ayında Türkiyədə 4 248 əmlak əcnəbilərə satılıb ki, bu da 2020-cu ilin eyni ayına görə 39,9 faiz çoxdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!