Azərbaycanlıya Gürcüstanda yüksək vəzifə verildi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlıya Gürcüstanda yüksək vəzifə verildi - Fotolar

İdman

08 Avqust 2020 16:23 859


Marneulidə taekvondo idman növü üzrə idmançılar hazırlayan azərbaycanlı müəllim Faiq Məmmədov Gürcüstan kikboks və karate federasiyasının prezidenti təyin olunub.

Yenisabah.az xəbər verir ki, bununla bağlı Oxu.Az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

F.Məmmədov bildirib ki, rəsmi şəkildə yaratdığı, hazırda konfederasiyanın tərkibində qeydiyyatda olan Sayokan federasiyasının fəaliyyəti Gürcüstan kikboks və karate konfederasiyasının rəhbərliyi tərəfindən bəyənilir. Bu təklifi şəxsən konfederasiyanın prezidenti Kaxa Beselia irəli sürüb. Dördpendirli pizza

Faiq Məmmədov gələcək planlardan danışarkən deyib ki,  yaxın vaxtlarda yerli səviyyədə idman yarışları keçirməyi düşünürlər:

“Öncə Marneuli, Kvemo-Kartli və Gürcüstan üzrə, daha sonra isə beynəlxalq yarışlar təşkil etməyə çalışacağıq. İnanıram ki, təcrübəmizdən yararlanıb uğurlu addımlar atacağıq”, - deyə vurğulayıb.

Qeyd edək ki, 12 yaşından karate, sonra isə taekvando idman növü ilə məşğul olan Faiq Məmmədov 22 illik müəllimlik təcrübəsinə malikdir.  İndiyə qədər hazırladığı idmançılardan onlarla Gürcüstan, dördü dünya, biri Avropa çempionu olub.

“Bizim üzərimizə böyük məsuliyyət düşür. Biz ölkədə Marneulinin, ölkədən kənarda isə Gürcüstanımızın adını doğrulduruq”, - deyə soydaşımız əlavə edib.

 

B


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!